Ukrayna prezidentliyinə namizəd səfərbərlik elan edib
13 aprel 2014 06:13 (UTC +04:00)

Ukrayna prezidentliyinə namizəd səfərbərlik elan edib

“Pravıy sektor”-un lideri Dmitri Yaroş bildirib ki, hazırda Ukraynanın şərqində Krım ssenarisinin təkrarı baş verir.

 

Lent.az-ın “unian.net”-ə istinadən məlumatına görə, Yaroş deyib: “Moskvanın yönəltdiyi cinayətkar qruplar güc qurumlarının binasını ələ keçirir, rəhbərlərini istefa ərizəsi yazmağa məcbur edir, milisləri girov götürürlər. Mən əminəm ki, bunların hamısı mərkəzi hakimiyyətin və Daxili İşlər Nazirliyinin fəaliyyətsizliyi üzündən baş verir. Ukraynanın şərqini Kremlə lə keçirmək istəyir. Ona görə də “Pravıy sektor”-un bütün strukturlarını səfərbərliyə ölkəmizin ərazi bütövlüyü və suverenliyini qorumağa, həlledici fəaliyyətə hazır olmağı əmr edirəm”.

 

Prezidentliyə namizəd Ukraynanın güc qurumlarını “Pravıy sektor”-un fəaliyyətini əngəlləməməyə, əksinə Ukrayna torpaqlarında asayişi yaratmaq üçün yardım etməyə çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1083
avatar

Oxşar yazılar