Lvov şəhərində Ukrayna prezidentinin iqamətgahı satışa çıxarılıb.
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, iqamətgahın ilkin qiyməti 10-17 milyon qrivna arasındadır.
Qeyd edək ki, sentyabrın 9-da Lvov vilayət Şurası Qlinka küçəsi, 12 ünvanında yerləşən prezident iqamətgahının satışı barədə qərar qəbul edib. Qərarın lehinə 68 deputat səs verib.