Ukrayna prezidentinin atəşkəs rejimi ilə bağlı şərtləri
04 iyul 2014 03:34 (UTC +04:00)

Ukrayna prezidentinin atəşkəs rejimi ilə bağlı şərtləri

0

Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ vitse-prezidenti Cozef Baydenlə söhbət zamanı ölkənin şərqində separatçılarla atəşkəs rejimini bərpa etməyə hazır olduğunu bildirib.


Lent.az-ın  “BBC”-yə istinadən məlumatına görə, Ukrayna prezidentinin rəsmi saytında dərc olunmuş məlumata əsasən, Poroşenko atəşkəs rejiminin bərpasının 3 şərtə əməl olunduqdan sonra mümkün olacağını qeyd edib. Bunlar aşağıdakılardır: atəşkəs rejiminə ikitərəfli formatda əməl olunacağının təsdiqlənməsi, girov saxlanılan bütün şəxslərin azad edilməsi və sərhədə  ATƏT-in monitorinqi əsasında nəzarətin bərpası.  

 

Poroşenko siyasi danışıqların başlanması üçün heç bir əlavə şərtin tələb olunmadığını əlavə edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 875

Oxşar yazılar