“Ukraynanın güc qurumları bu gündən iyunun 27-dək ölkənin cənub-şərqində antiterror əməliyyatını dayandırır”.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Ukrayna prezidenti Pyotr Poroşenkoya əsaslanaraq, bu haqda ölkə Daxili İşlər Nazirliyinin saytında xəbər yayılıb.
Poroşenko Donetsk vilayətinin Svyatoqorsk şəhəri sakinlərinə boyun olub ki, yalnız terrorçular ukraynalı hərbçilərə hücum edəcəyi halda cavab veriləcək.
Ukrayna lideri bildirib ki, bu addımı terrorçuların silahı təhvil verməsi üçün atıb. Bundan başqa silahları təhvil vermiş terrorçular istəsə, onların Rusiyaya keçməsinə imkan yaradılacaq.