Ukrayna prezidenti Azərbaycana gəlir
12 fevral 2016 12:21 (UTC +04:00)

Ukrayna prezidenti Azərbaycana gəlir

0

“Prezident Petro Poroşenko ilə prezident İlham Əliyevin son Davos görüşündən sonra biz Ukrayna prezidentinin və Ali Rada sədri Vladimir Qroysmanın Azərbaycana səfəri üzərində işləməyə başlamışıq”.

 

Bunu APA-ya açıqlamasında Ukrayna-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun rəhbəri Maksim Kuryaçiye deyib.

 

O qeyd edib ki, bu ilin birinci yarısında Ukrayna prezidentinin və Ali Rada sədrinin ayrı-ayrılıqda Azərbaycana səfəri planlaşdırılır: “Prezidentlərin Davos görüşündə xeyli mövzu ətrafında məhsuldar danışıqlar aparılıb. Bu görüş hər iki səfərin baş tutmasını zərurətə çevirib. Hazırda aidiyyəti üzrə Azərbaycandan olan həmkarlarımızla səfərlərin konkret tarixi və detalları üzərində işləyirik. Bu səfərlərin baş tutması Ukrayna üçün olduqca əhəmiyyətlidir”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar