Ukrayna parlamenti ölkənin MDB-dən çıxması məsələsinə baxacaq
07 dekabr 2014 05:55 (UTC +04:00)

Ukrayna parlamenti ölkənin MDB-dən çıxması məsələsinə baxacaq

0

“Pyotr Poroşenko Bloku” fraksiyasının sədr müavini Vitali Kovalçuk dekabrın 8-də Ali Radada Ukraynanın  Müstəqil Dövlətlər Birliyindən (MDB-dən) çıxması məsələsinə baxılacağını bildirib. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə,  bunu Vitali Kovalçuk “Ukrayna” telekanalının efirində bəyan edib.

 

“Bazar ertəsi Ukraynanın MDB-dən çıxması məsələsi Ali Radanın deputat fraksiyalarının və komitələrinin rəhbərlərinin Məşvərət Şurasında müzakirəyə çıxarılacaq”, deyə o bildirib.  

 

Bundan əvvəl Ali Radada MDB məsələləri üzrə altkomitənin artıq fəaliyyət göstərməyəcəyi bildirilmişdi.

 

Ali Radanın deputatları noyabrın 27-də  Ukraynanın MDB-dən çıxması haqqında qərarın layihəsini hazırlayıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar