Ukrayna ordusu və separatçılar razılığa gəldilər
02 dekabr 2014 03:45 (UTC +04:00)

Ukrayna ordusu və separatçılar razılığa gəldilər

0

Ukrayna ordusu və qondarma Luqansk xalq respublikasının nümayəndələri dekabrın 5-dən etibarən atəşkəs rejimi, dekabrın 6-dan isə təmas xəttindən ağır texnikanın geri çəkilməsinə dair razılıq əldə ediblər.

 

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT müşahidəçilərinin məlumatında deyilir.

 

“Atəşkəs barədə razılaşma dekabrın 5-dən qüvvəyə minir. Ağır texnika ərazidən dekabrın 6-dan etibarən çıxarılacaq”, sənəddə qeyd edilib.

 

Tərəflər arasında müvafiq qərar birgə nəzarət və əlaqələndirilmə Mərkəzi çərçivəsində  məsləhətləşmələrin yekunlarına görə qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 765

Oxşar yazılar