APA-nın UNIAN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin spikeri Andrey Lısenko bəyan edib.
Ukrayna hərbçiləri Pervomaysk, Kamışevaxa və Kalinovonu separatçıları dəstəkləyən qüvvələrdən təmizləyiblər.
Lısenko antiterror qüvvələrinin Donetsk, Luqansk, Qorlovka, Pervomaysk və İlovaysk istiqamətlərində hücuma hazırlaşdığını bildirib.