Ukrayna ordusu 7 silah karvanını məhv edib
15 iyun 2014 09:37 (UTC +04:00)

Ukrayna ordusu 7 silah karvanını məhv edib

Ukrayna prezidenti Pyotr Poroşenko xalqa müraciət edib.APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, Poroşenko müraciətində bəyan edib ki, Ukrayna ordusunun ölkənin şərqində hücuma keçməsi nəticəsində 11 yaşayış məntəqəsi separatçılardan azad olunub, 7 silah karvanı məhv edilib.

 

“Luqansk və Donetsk vilayətlərinin bir çox yaşayış məntəqələrində muzdlu silahlıların fəaliyyətinə son qoyulub. 11 yaşayış məntəqəsi separatçılardan təmizlənib. Son sutka ərzində ölkə ərazisinə daxil olmağa cəhd edən silah-sursatla dolu 7 avtomobil karvanı, bir neçə tank, BTR, reaktiv yaylım atəş sistemi məhv edilib. İyunun 14-də isə bizim hərbçilər daha bir “Qrad” reaktiv yaylım atəş sistemini ələ keçiriblər”, deyə Poroşenko bildirib.     

 

“Siz bilməlisiniz ki, Ukrayna ordusu bu gün ilk dəfə əks-hücuma keçib. Bizim qoşunlar terrorçuları sıxışdırmağa başlayıb. Mən Silahlı Qüvvələrin qarşısında bir nömrəli vəzifə kimi  Ukraynanın dövlət sərhədini tam nəzarətə götürməyi qoymuşam. Terrorçular silah, texnika, dəstək və pulu məhz sərhəddən alırlar. Keçirilən əməliyyat çərçivəsində yalnız son 4 gün ərzində Mariupolda sülh və asayiş bərpa olunub,  dövlət sərhədinin 248 km sahəsi nəzarətə alınıb”, deyə Ukrayna prezidenti qeyd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1248
avatar

Oxşar yazılar

Magistral körpü uçdu:  10-dan çox şəxs öldü

Magistral körpü uçdu: 10-dan çox şəxs öldü

20 iyul 2024 , 08:02
ABŞ-də 2,3 min uçuş LƏĞV EDİLDİ

ABŞ-də 2,3 min uçuş LƏĞV EDİLDİ

20 iyul 2024 , 06:21
Nigeriya "Meta"nı 200 milyon dollar CƏRİMƏLƏDİ

Nigeriya "Meta"nı 200 milyon dollar CƏRİMƏLƏDİ

20 iyul 2024 , 04:47
İsrail “Hizbullah”ın silah anbarlarına zərbələr endirdi

İsrail “Hizbullah”ın silah anbarlarına zərbələr endirdi

20 iyul 2024 , 03:53
Keçmiş deputatı güllələyib ÖLDÜRDÜLƏR

Keçmiş deputatı güllələyib ÖLDÜRDÜLƏR

20 iyul 2024 , 01:05
Təl-Əvivdə PARTLAYIŞ:  ölən və yaralananlar var

Təl-Əvivdə PARTLAYIŞ: ölən və yaralananlar var

19 iyul 2024 , 08:38
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

19 iyul 2024 , 06:57
İngiltərədə etnik pakistanlılar  iğtişaşlar törətdi

İngiltərədə etnik pakistanlılar iğtişaşlar törətdi

19 iyul 2024 , 03:47