Ukrayna məsələsi oktyabrın 24-də BMT TŞ-də müzakirə olunacaq
21 oktyabr 2014 06:34 (UTC +04:00)

Ukrayna məsələsi oktyabrın 24-də BMT TŞ-də müzakirə olunacaq

0

BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası oktyabrın 24-nə planlaşdırılıb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT yanında  daimi nümayəndəliyinin mətbuat katibi Aleksey Zaytsev bildirib.   

 

“Ukraynadakı vəziyyətlə bağlı açıq debatlar keçiriləcək”, deyə o qeyd edib.

 

İclasın açıq olacağı bildirilir.

 

Bundan əvvəl Rusiya XİN Ukraynada keçirilmiş etiraz aksiyalarından sonra BMT və ATƏT-i Kiyevə təsir etməyə çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 604

Oxşar yazılar