Ukrayna Müstəqil Dövlətlər Birliyindən çıxmaq üçün hazırlıq işlərinə başlayıb.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, bu haqda Ukrayna Milli təhlükəsizlik və müdafiə şurasının katibi Andrey Parubiy brifinqdə açıqlama verib.
Onun sözlərinə əsasən, məsələ ilə bağlı uyğun qərar Milli Təhlükəsizlik və Müdafiə şurasının toplantısında qəbul olunub.
Parubiy bildirib ki, Ukraynanın ərazi bütövlüyünə təminatçı-dövlətlərə birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı müraciət qəbul olunub.