Ukrayna MDB-dəki təmsilçisini geri çağırır
26 aprel 2014 06:23 (UTC +04:00)

Ukrayna MDB-dəki təmsilçisini geri çağırır

Ukrayna MDB-nin İcraiyyə Komitəsində fəaliyyətini azaldır.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, rəsmi Kiyev qurumdakı daimi təmsilçisini geri çağırır.

 

“Mənim geri çağırılmağım haqda fərman var. Bu vəzifəni müşavir həyata keçirəcək”-deyə, Ukraynanın MDB-dəki daimi nümayəndəsi İvan Buneçko bildirib.

 

Onun sözlərinə görə, ölkə parlamentində “daimi nümayəndəliyin ləğvi haqda” qanun layihəsi var.

 

Bir müddət öncə Ukrayna Mili Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parbuy bildirmişdi ki, ölkəsi MDB-dəki təmsilçiliyi dayandırmaqla kifayətlənməyəcək, həm də ququmdan çıxmağa hazırlaşacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492
avatar

Oxşar yazılar