Ukrayna MDB-də sədrlikdən imtina edib
19 mart 2014 17:48 (UTC +04:00)

Ukrayna MDB-də sədrlikdən imtina edib

0

Ukrayna Müstəqil Dövlət Birliyində (MDB) sədrlikdən imtina etmək qərarına gəlib.


 

APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, bunu Ukrayna XİN-in İnformasiya departamentinin direktoru Yevgeni Perebiynıs deyib. O bildirib ki, Ukrayna MDB-də bundan sonra qalıb-qalmamaq barədə qərar qəbul etmək hüququnu da özündə saxlayır. 

 

Y. Perebiynıs qeyd edib ki, Ukrayna MDB-nin bu qurumun ayrı-ayrı üzvlərinin, xüsusən Rusiyanın maraqlarının qorumaqla məşğul olan bir orqana çevrilməsindən təəssüflənir.

 

Xatırladaq ki, hazırda MDB-də Ukrayna sədrlik edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 980

Oxşar yazılar