Ukrayna Krıma şəkər tədarükünü dayandırıb
04 aprel 2014 05:15 (UTC +04:00)

Ukrayna Krıma şəkər tədarükünü dayandırıb

Ukrayna Krıma qənd tədarükünü dayandırıb. Lent.az-ın “Qazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda xəbəri “İnterfaks” yayıb.

 

Ukraynanın «Ukrtsukor» şirkətinin rəhbəri Nikolay Yarçuk faktı təsdiqləyib: “Bəli, Krıma tədarük hələlik dayandırılıb. Biz Krım bazarında yüz min ton itirimişik”.

 

Yarçukun sözlərinə əsasən, buna səbəb Krımla hüquqi cəhətdən əməkdaşlıqdakı qeyri-müəyyənlikdir.

 

Birlik hesab edir ki, Rusiyanın şəkər istehsalçıları Krım bazarının ələ keçirmək üçün təcavüzkar siyasət yürüdəcək.

 

“Ukrtsukor” onu da bəyan edib ki, Rusiya ilə tranzit problemi ucbatından Orta Asiya ölkələrinə də şəkər ixracatı dayandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 544
avatar

Oxşar yazılar