Aprelin 17-də İsveçrənin Cenevrə şəhərində ABŞ, Avropa Birliyi, Ukrayna və Rusiya təmsilçilərinin görüşü keçiriləcək.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, danışıqlara yaxın mənbə bildirib: “Biz görüşün təşkili ilə bağlı müzakirələr aparırıq”.
Dördtərəfli görüşdə Ukraynadakı vəziyyət müzakirə olunacaq.
Rusiya tərəfi danışıqlarda Ukraynanın cənub və şərq bölgələri təmsilçilərinin də iştirakında israr edir.