Ukraynanın Nazirlər Kabineti yarım litrlik butulkada olan 32,6 faizlik araqların pərakəndə satış qiymətinin minimum bahalanması haqda qərar layihəsini qəbul edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, layihəyə əsasən, arağın qiyməti qərar imzalanandan sonra 15,9 faiz, avqustun birindən isə daha 14,3 faiz bahalanacaq.
Bu il aprelin 10-da Ukrayna parlamenti tünd spirtli içkilərin qiymətinin iyulun birindən qaldırılması haqda sənədə səs verib.