Ukrayna hökuməti 80 min milisi ixtisar edəcək
28 mart 2014 03:34 (UTC +04:00)

Ukrayna hökuməti 80 min milisi ixtisar edəcək

Ukrayna hökuməti 80 min milisi ixtisar etmək niyyətindədir.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, “Delo” qəzeti baş nazir Arseni Yatsenyukun Ukraynanın iqtisadi inkişaf layihəsinə əsaslanaraq, bu xəbəri yayıb.

 

Mənbə bildirib ki, Ukrayna Daxili İşlər Nazirliyi 79,4 min nəfəri, Təhlükəsizlik Xidməti 3350 əməkdaşını, Dövlət Mühafizə Xidməti isə 300 yaxın işçisini işdən çıxarmağı planlaşdırır.

 

Bir müddət öncə Yatsenyuk bildirmişdi ki, hökumət dövlətin icra strukturlarında çalışan məmurların 10 faizini ixtisar etməyi qərar alıb.

 

Mənbə xatırladıb ki, Ukrayna hökuməti Kiyevin Moskvadakı səfirliyində çalışan əməkdaşların da sayını azaldıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660
avatar

Oxşar yazılar