Ukrayna Hərbi Dəniz Donanmasının Krımdakı «Slavutiç»in heyəti gəmini ələ keçirməyə cəhd edən silahlı təcavüzkarın basqınının qarşısını alıb.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, bu xəbəri Ukrayna Müdafiə Nazirliyi mətbuat və informasiya idarəsi yayıb.
«Silahlı bir qrup qoşqu ilə gəminin göyərtəsinə yaxınlaşıb, heyət basqınçıları geri oturdub. Onlar gəmini ələ keçirməyə göstərib» - deyə, Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının suüstü gəmilər briqadasının komandiri, 2-ci ranq kapitan Vitali Zvyaqintsev bildirib.
Mənbə xatırladıb ki, hazırda Rusiyanın Qara dənizdəki Hərbi Dəniz Donanmasının gəmiləri Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının Krımdakı gəmilərini mühasirədə saxlamaqdadır.
Krımdakı Ukrayna hərbi qüvvələri isə ölkə Müdafiə Nazirliyi və Silahlı Qüvvələr baş qərargahının əmrlərini icra edir.