Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Mi-35” hərbi vertolyotunun işğal altında olan Krım Muxtar Respublikası ilə Xerson vilayəti arasındakı inzibati sərhəd xəttini keçməyə cəhdinin qarşısını alıb.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, Ukraynanın Müdafiə Nazirliyi bildirib ki, ölkənin Quru Qoşunlarına məxsus hərbi hissəsinin əsgərləri zenit qurğusundan vertolyotlara xəbərdarlıq atəşi açıb. Bu atəş “Mi-35”-ləri geri qayıtmağa məcbur edib.