Ukrayna hərbçiləri minaya düşdü: 1 ölü, 2 yaralı
10 fevral 2016 22:12 (UTC +04:00)

Ukrayna hərbçiləri minaya düşdü: 1 ölü, 2 yaralı

0

Donetsk aeroportu yaxınlığında Ukrayna ordusunun 3 hərbçisi minaya düşüb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 1 hərbçi ölüb, 2-si xəsarət alıb.

 

Qeyd olunur ki, yaralıların  həyatına təhlükə yoxdur. Onlar Dnepropetrovsk şəhərinə göndərilərək hərbi hospitala yerləşdiriləcəklər.

 

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar