Ukraynanın şərqində antiterror əməliyyatı bərpa edilib.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, ukraynalı hərbçiləri eyni zamanda rusiyayönlü terrorçulara qarşı bir neçə istiqamətdən hücuma keçib.
Mənbə bildirib ki, terrorçuların Donetskin şimalında, Yampol, Slavyansk, Kramatorsk yaşayış məntəqələrinin yaxınlığındakı mövqeləri atəş tutulub.
Bundan başqa Luqanskda Rusiya-Ukrayna sərhədi yaxınlığında da atışma güclənib.