Ukrayna hərbçiləri "Ekstazi" ləqəbli 19 yaşlı snayperçi qızı yaxaladı
16 yanvar 2015 00:53 (UTC +04:00)

Ukrayna hərbçiləri "Ekstazi" ləqəbli 19 yaşlı snayperçi qızı yaxaladı

0

Ukrayna Təhlükəsizlik Xidməti "Ekstazi" ləqəbli 19 yaşlı snayperçini yaxalayıb.

 

ANS PRESS-in məlumatına görə, bu barədə TX-nin səlahiyyətlisi Markiyan Lubkivskiy açıqlama verib:

 

"Sizə rəsmən təsdiq edirəm ki, "Ekstazi" ləqəbli 1995-ci il təvəllüdlü Ukrayna vətəndaşı Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat idarəsinin operativ qrupu tərəfindən saxlanılıb".

 

Lubkivskiynin sözlərinə görə, snayperçi qız "Donetsk Xalq Respublikası”nin diversiya bölmələrinin tərkibində olub.

 

Qeyd edək ki, sözegedən snayperçinin bir neçə qətldə iştirakı təsdiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar