“Donetsk Xalq Respublikası”nın qərargahı məhv edildi -<span style="color:red;"> DÖYÜŞ DAVAM EDİR
05 iyul 2014 10:57 (UTC +04:00)

“Donetsk Xalq Respublikası”nın qərargahı məhv edildi - DÖYÜŞ DAVAM EDİR

0

 Daxili işlər naziri Arsen Avakov bildirib ki, separatçı qurumun qərargahı DİN xüsusi təyinatlı batalyonunun kəşfiyyat reydi zamanı məhv edilib. O dövlətə qarşı silahlı müqavimət göstərən şəxslərin məhv edilməsi əməliyyatının davam etdiriləcəyini deyib. “Söz verirəm ki, tezliklə Artyomovskda asayiş bərqərar olacaq. Bu asayişi Ukraynanın güc strukturları bərpa edəcəklər”
Yerli mətbuat isə Ukrayna güc strukturları əməkdaşlarının qondarma “Donetsk Xalq Respublikası”nın qərargahının yerləşdiyi şəhər prokurorluğu binasını atəşə tutduqdan sonra Xarkov-Rostov şosesi istiqamətində geri çəkildiyini yazır. Dünən Ukrayna Daxili İşlər Nazirliyi Luqansk və Donetsk vilayətlərində çalışan əməkdaşların geri çağırılmasına qərar verib. Qərar adı çəkilən vilayətlərdə güc strukturlarına qarşı qeyri-rəsmi müharibənin aparılması ilə əsaslandırılıb. Prezident Pyotr Poroşenkonun müvafiq sərəncam imzalamasından sonra Slavyansk yaxınlığında başlayan döyüşlər bu gün də davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2694

Oxşar yazılar