Ukrayna hakimiyyəti bildirib ki, ölkənin silahlı qüvvələri Donetskin şimalını rusiyayönlü terrorçulardan tamamilə təmizləyib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, müvəqqəti prezident Aleksandr Turçinovun mətbuat xidməti bu haqda xəbər yayıb.
“İyunun 3-də Anti-terror əməliyyatı nəticəsində Donetsk vilayətinin şimalı terrorçulardan tamamilə təmizlənib. Onların əsas qərargahı, hərbi düşərgəsi məhv edilib. Başlıca dayaq məntəqəsi sayılan Semyonovka yaraqlılardan təmizlənib. Krasnı Liman şəhəri üzərində nəzarət təmin olunub” -deyə, xəbərdə bildirilib.
Bir müddət öncə terrorçuların Slavyanskdakı blokpostlarının dağıdılması haqda xəbər yayılmışdı.