Son bir ildə Ukrayna əhalisinin sayı 149,5 min nəfər azalıb.
APA-nın məlumatına görə, bu rəqəmi Ukraynanın “24TV” telekanalı Dövlət statistika xidmətinə istinadən açıqlayıb.
Qeyd olunur ki, 2015-ci ilin mart ayında ölkə əhalisinin sayı 22 min nəfər azalaraq aprelin 1-i üçün 42 milyon 873 min 583 nəfər təşkil edib.
Hazırda ölkənin daimi əhalisinin sayı təqribən 42 milyon 704 min nəfərdir.