Ukraynaya sülhməramlı qüvvələrin yeridilməsi sülhün bərpası üçün lazımdır.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin bəyan edib.
Faşizm üzərində Qələbənin 70 illiyinə və BMT-nin yaranmasına həsr olunmuş Təhlükəsizlik Şurasının açıq debatlarında çıxış edən nazir bildirib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünü pozub.
“Rusiya bütün sahələrdə Ukraynanın suverenliyini pozub. Biz BMT-nin Nizamnaməsinə ciddi riayət etməliyik”, deyə P.Klimkin bildirib.