APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, ümumilikdə 172 nəfər saxlanılıb, 127 nəfər kütləvi iğtişaşlarda iştirak etməkdə ittiham olunur. Onlar barəsində cinayət işi başlanıb.
Qeyd edək ki, toqquşmalar zamanı 46 nəfər həlak olub. Odessa şəhər prokurorluğunun məlumatına görə, xəstəxanalara 200-dən çox insan müraciət edib, onlardan 27 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.