APA-nın verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Qvardiyasının saytında xəbər verilir.
Bununla yanaşı, qeyd olunur ki, şəhərdə hələ də tank və artilleriyadan atəş açan separatçı birləşmələr qalmaqdadır.
Separatçıların vaxtaşırı əks-hücuma keçdiyi bildirilir.
Hökumət qoşunları artıq üç əks-hücum cəhdinin qarşısını alıb.
Ərazidə döyüş aparan “Donbas”, “Dnepr” və “Şaxtyorsk” batalyonlarına “Azov” batalyonundan da dəstəyin gəldiyi əlavə edilir.
Separatçılar isə hökumət qüvvələrinin şəhərin yalnız bir kvartalına nəzarəti ələ keçirdiyini bəyan ediblər.