Ukrayna parlamenti müvəqqəti prezident Aleksandr Turçinovun “qismən səfərbərlik haqda” fərmanı ilə bağlı qanun qəbul edib.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, fərmana əsasən, qismən səfərbərlik ölkənin Vinnitsk, Volınsk, Dnepropetrovsk, Donetsk, Jitomir, Zakarpatye, Zaporojye, İvano-Frankovsk, Kiyev, Kirovoqrad, Luqansk, Lvov, Nikolayev, Odessa, Poltava, Rovensk, Sum, Ternopol, Xarkov, Xerson, Xmelnitsk, Çerkassk, Çernovits, Çerniqov vilayətləri və Kiyev şəhərində elan olunub.
Səfərbərlik fərman qüvvəyə mindiyi gündən 45 gün ərzində həyata keçiriləcək.
Sənədə uyğun olaraq, hərbi qulluqçular və ehtiyatda olanlar çağırılacaq.
Parlament təsdiqlədikdən sonra fərman qüvvəyə minib.