Ukrayna BVF-dan  daha çox maliyyə yardımı istəyir
20 dekabr 2014 05:55 (UTC +04:00)

Ukrayna BVF-dan daha çox maliyyə yardımı istəyir

0

Ukrayna prezidenti Pyotr Poroşenko Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristin Laqardla telefon söhbətində ölkəsinin daha çox maliyyə yardımına ehtiyacı olduğunu bildirib.

 

APA-nın məlumatına görə, xəbəri Ukrayna Prezidentinin rəsmi saytı yayıb.

 

P.Poroşenko Ukraynanın BVF-u qarşısında götürdüyü öhdəliklərin davamlı şəkildə yerinə yetirildiyini vurğulayıb.

 

“Həmsöhbətlər Ukraynadakı iqtisadi vəziyyəti və BVF-un Stand-By proqramı çərçivəsində birgə öhdəlikləri müzakirə ediblər”, məlumatda qeyd edilir.

 

Poroşenko və Laqard həmçinin yaxın dövr üçün nəzərdə tutulan qarşılıqlı əlaqələrin qrafikini razılaşdırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar