Ukrayna beynəlxalq məhkəmələrdə Rusiyaya qarşı iddialar qaldıracaq
01 may 2014 10:32 (UTC +04:00)

Ukrayna beynəlxalq məhkəmələrdə Rusiyaya qarşı iddialar qaldıracaq

Ukrayna dövləti Krım Muxtar Respublikasının ilhaqı ilə əlaqədar Haaqa (Den Haag) şəhərindəki Beynəlxalq Cinayət Məhkəməsində Rusiya Federasiyasına qarşı iddia qaldıracaq. APA-nın “Gazeta.ua” saytına istinadən verdiyi xəbərə görə, bunu Ukrayna prezidentliyinə ən şanslı namizəd Pyotr Poroşenko “Şuster Live” proqramının efirində deyib. 

 

P. Poroşenko bildirib ki, iddia ərizəsinin hazırlanmasında amerikalı və avropalı hüquqşünaslar Ukraynaya kömək edir: “Avropalı hüquqşünaslar və amerikalı tərəfdaşlarımız Rusiyanı Krımın işğalına görə məsuliyyətə cəlb etmək üçün çox güclü iddia ərizəsinin hazırlanmasında iştirak edirlər”.

 

P. Poroşenko Ukraynanın Stokholm Arbitraj Məhkəməsinə də müraciət edəcəyini açıqlayıb: “Söhbət təkcə Rusiyanın təcavüzkar kimi tanınmasından getmir. Məqsəd Rusiyanın üzərində çoxmilyardlı cərimələr qoymaqdır. Və əgər bu dövlət beynəlxalq ictimaiyyətin subyekti kimi qalmaq istəyəcəksə, məhkəmənin qərarını yerinə yetirməli və cinayət xarakterli qərarlar qəbul edənləri məsuliyyətə cəlb etməli olacaq. Bu iddia mütləq qaldırılacaq və Krım məsələsi çox ciddi şəkildə qoyulacaq. Məhkəmə bu iddiaya baxarkən biz Krımın geri qaytarılması məsələsini effektiv şəkildə işləyib hazırlayacağıq”.         

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 394
avatar

Oxşar yazılar