Ukraynanın baş naziri Arsenii Yatsenyuk ölkənin şərqində mayın 11-də keçirilməsi nəzərdə tutulan referendumun təxirə salınması ilə bağlı Rusiya prezidenti Vladimir Putinin çağırışına münasibət bildirib.
Lent.az-ın «Gazeta.ru»-ya istinadən məlumatına görə, o, Rusiya prezidentinə tövsiyə edərək, deyib: “Vladimir Vladimiroviç, böyük bir dövlətin prezidenti kimi sizə «hava alveri» etmək yaraşmır”.
Mənbə bildirib ki, Putinin bu çağırışını Donetskdəki separatçıların qurumunun heç də hamısı dəstəkləməyib.