Ukraynanın “Naftoqaz” Milli Şirkəti Polşadan keçməklə Avropadan təbii qaz idxal etməyə başlayıb.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, aprelin 15-də 3,9 milyon kub metr qaz ixrac edilib.
Mənbə bildirib ki, Almaniyanın “RWE” şirkəti “Naftoqaz”-ın müqaviləsinə əsasən, Ukraynaya 10 milyard kub metrədək “mavi yanacaq” tədarük edilə bilər.
Rəsmi Kiyev isə Macarıstan və Slovakiyadan keçməklə Avropadan 25 milyard kub metr təbii qaz almaq istəyir.