Ukrayna Avropadan 25 milyard kub metr təbii qaz almaq niyyətindədir. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu, Rusiyadan alınan «mavi yanacaqdan» 100 dollar ucuz olacaq.
Mənbə bildirib ki, uyğun bəyanatla ölkənin baş naziri Arseni Yatsenyuk Avrokomissiyanın komissarı Ştefan Füle ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
O, şaxalənmiş qaz tədarükünə üstünlük verəcəklərini söyləyib. Bu məsələ martın 26-da Ukraynanın hökumət üzvləri ilə Avrokomissiyanın nümayəndə heyəti arasında müzakirə edilib.
Avrokomissar öz növbəsində qeyd edib ki, Ukrayna ilə AB arasında əməkdaşlıq ediləcək sahələr Yatsenyukun ötən həftə Brüsselə səfəri zamanı müəyyən edilib.