APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 12 fevral tarixli Minsk razılaşmalarına uyğun olaraq 100 millimetrlik silah sistemlərinin təmas xəttindən geri çəkilməsinə başlandığını bildirib: “Ağır silahların çəkilməsinə yönələn bu ilk addım ATƏT-in monitorinqi altında həyata keçiriləcək”.
Baş Qərargahdan o da əlavə olunub ki, separatçılar hücuma cəhd göstərsələr, Kiyev ağır silahların geri çəkilməsi qrafikinə dəyişiklik edəcək.