Ukrayna 14 rusiyalı artist “persona non-qrata” elan etdi
29 oktyabr 2014 04:59 (UTC +04:00)

Ukrayna 14 rusiyalı artist “persona non-qrata” elan etdi

0

Ukrayna 14 rusiyalı artisti “qara siyahı”ya daxil edib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, onlar Ukrayna əleyhinə mövqe nümayiş etdirdiyinə görə “persona non-qrata” elan ediliblər.

 

Ukraynanın mədəniyyət naziri Evgeniy Nişuk siyahının  beynəlxalq normalara uyğun olaraq açıqlanmayacağını bildirib. Onun sözlərinə görə, siyahıya daxil edilən şəxslər statusları barədə  sərhədi keçməyə cəhd etdikdə məlumatlandırılacaqlar.

 

“BBC”-nin məlumatına görə, “qara siyahı”ya, həmçinin,  müğənni İosif Kobzon, aktyor İvan Oxlobıstin və satirik Mixail Zadornov daxil edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1080

Oxşar yazılar