Üç aylıq hamilə qadın tabutda ayıldı və...
26 avqust 2015 15:38 (UTC +04:00)

Üç aylıq hamilə qadın tabutda ayıldı və...

Hondurasda qəribə hadisə baş verib. APA TV-nin "The Telegraph"a istinadən verdiyi məlumata görə, hamilə olan 16 yaşlı Neysi Perez dəfn edildikdən bir gün sonra tabutda ayılıb. Bunu hiss edən şəxslər onu tabutdan çıxarana qədər qadın keçinib.
 
Hamiləliyinin üç aylığında olan Neysinin evdə olarkən yaxınlıqdakı silah səslərindən qorxduğu və huşunu itirdiyi bildirilir. Evə gələn ailə üzvləri onun ağzının köpükləndiyini görüb və yerli keşişə müraciət ediblər. Valideynlər əvvəlcə onun pis ruhlar tərəfindən boğulduğunu bildiriblər. Daha sonra onda həyat əlamətlərinin olmadığını görən at və ana Neysini xəstəxanaya çatdırıblar. Həkimlər isə qadının öldüyünü bildiriblər.
 
Neysi Perez gəlinlik libasında dəfn olunub. O, bir neçə ay bundan əvvəl ailə həyatı qurub. Dəfn mərasimindən bir gün sonra onun həyat yoldaşı Rudi Qonzales qəbiristanlığa gəlib və qəbirdən səslər eşidib. O, tez qohumlarına zəng edib və onları yardıma çağırıb.
 
Onlar tabutu açdıqda artıq gec olub. Yaxınları qadının keçindiyini görüblər. Neysinin diri-diri dəfn olunduğunu onun tabutu döyəclədiyi əllərində yaraların olması sübut edir. Qohumları onun bədənin isti olduğunu deyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar