ÜAK-ın saytı yeniləndi
25 dekabr 2015 04:12 (UTC +04:00)

ÜAK-ın saytı yeniləndi

Ümumrusiya Azərbaycan Konqresinin saytı yenilənib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dekabrın 24-də Ümumrusiya Azərbaycan Konqresi təşkilatının yeni internet portalı istifadəyə verilib.

 

İnternet portal bundan sonra vakrf.ru domenində fəaliyyət göstərəcək. Bununla yanaşı köhnə vakmos.org domeni də işlək olacaq.

 

Saytın dizaynı tamamilə dəyişib, mobil versiyası hazırlanıb. Saytda Ümumrusiya Azərbaycan Konqresi haqqında ətraflı məlumat, təşkilatın yaranma tarixi, idarəedici orqanları, fəaliyyət istiqamətləri barədə məlumat yerləşdirilib. Bununla bərabər həftəlik dərc olunan "Azərbaycan Konqresi" qəzetinin bütün buraxılışlarını "pdf" formatda saytdan izləmək olacaq.

 

vakrf.ru internet portalında təkcə paytaxt Moskvaya aid olan diaspor xəbərləri deyil, eyni zamanda Rusiyanın bütün regionlarını əhatə edən Azərbaycan diasporuna aid xəbərlər yer alacaq.

 

İki dildə, Azərbaycan və rus dillərində istifadəyə verilən saytda bir sıra yeniliklər də nəzərdə tutulub. Bu "Spetsproektı" (xüsusi layihələr) adlı bölmədir ki, burada təşkilatın ştatlı və ştatdankənar jurnalistləri çalışacaqlar. Bundan başqa saytda "Bizə yazırlar" və "Hüquqi yardım" bölmələri yaradılıb ki, bu bölmələr vasitəsi ilə ÜAK diaspor təşkilatı olaraq Rusiyada yaşayan ehtiyacı olan həmyerlilərimizə hüquqi yardım etməyi nəzərdə tutub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310
avatar

Oxşar yazılar