Türkmənistanda siqaret satışı qadağan olunub.
Lent.az-ın xəbərinə görə, bu barədə “İndependent” nəşri məlumat yayıb.
Məlumata görə, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bununla bağlı qərar qəbul edib.
İki gün öncə ölkəyə qaçaqmalçılıq yolu ilə daxil olmuş külli miqdarda siqaret də müsadirə edilərək, yandırılıb.
Qəzetin yazdığına görə, tütün məmulatlarının qadağan olunmasından sonra mağazada siqaret satanları yüksək məbləğdə cərimə gözləyir.
Qeyd edək ki, Türkmənistanda 2000-ci ildən bəri ictimai yerlərdə siqaret çəkilməsi qadağan edilib.