Türkmənistanda kütləvi qətl hadisəsi baş verib.
APA-nın “Türkmənistan xronikası”na istinadən verdiyi məlumata görə, hadisə ölkənin cənubunda yerləşən Tencen şəhərində qeydə alınıb.
Cinayət fərdi evdə törədilib. Ev sahibi, onun həyat yoldaşı, onlara qonaq gəlmiş gənc oğlan, habelə qonşuluqda yaşayan uşaq ölü tapılıblar. Onların hamısının başı kəsilib.
Qətl baş vermiş evdən pul və qızıl-zinət əşyaları aparılıb.
Qonşuların bildirdiyinə görə, ölən qadın bizneslə məşğul imiş və tez-tez İrana səfərə gedirmiş.
Qətlin soyğunçuluq məqsədilə yaxud da borca görə törədildiyi ehtimal olunur.