Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov bildirib ki, insan haqlarının müdafiəsini, məhkəmələrdə vətəndaşların hüquqlarını qorumaq üçün şəxsiyyətin, dövlətin məsuliyyətini artırmaq və vətəndaş cəmiyyətini yaratmaq lazımdır.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, mayın 16-da Türkmənistan televiziyası vasitəsi ilə çıxışında o, deyib: “İnsan haqlarının müdafiəsi sahəsində aparılan islahatlar zamanı ölkədə insan haqları üzrə səlahiyyətli qurum yaratmalıyıq”.