Türkiyənin məşhur kanalı “Cine 5” bağlanır.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəllər iş adamı Erol Aksoya məxsus olan, 2011-ci ildən isə “Al Jazeera Türk” tərəfindən alınan kanal verilişlərini təkrar yayımlayırdı. Yalnız xəbərlər buraxılışını canlı təqdim edən “Cine 5” bu gündən etibarən “Ana haber” proqramını da dayandırıb.
Xatırladaq ki, İstanbul Ticaret Odası (İTO) hələ 16 dekabrda rəsmi internet səhifəsində “Cine 5”in bağlanacağı ilə bağlı məlumat yerləşdirmişdi.