Mayın 29-da Türkiyənin Ana Yasa məhkəməsi “YouTube” videopaylaşma saytı ilə bağlı məsələyə baxıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, hakimlər bildirib ki, bu saytın ölkə ərazisində istifadəsinin yasaqlanması söz azadlığı və vətəndaşların şəxsi həyat haqqını pozur.
Məhkəmə videopaylaşma saytına qoyulan qadağanın aradan qaldırılması haqda qərar qəbul edib.
Qurum qərarını Türkiyənin Rabitə və Kommunikasiya Nazirliyinə göndərib. Bundan sora qərar qüvvəyə minəcək.
Xatırladaq ki, bu il martın 27-də Telekommunikasiya departamenti “YouTube”-yə girişi bağlamışdı.