Türkiyənin bütün quru və hava qoşun birliklərinə hazırlıq əmri verildi
25 noyabr 2015 18:02 (UTC +04:00)

Türkiyənin bütün quru və hava qoşun birliklərinə hazırlıq əmri verildi

0

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhəddə uçuşlar həyata keçirən hərbi təyyarələrin sayını artırıb.

 

APA-nın İHA-ya istinadən verdiyi məlumata görə, bundan sonra Suriya sərhədində Türkiyə Hava Qüvvələrinə məxsus 18 ədəd “F16” hərbi təyyarəsi uçuşlar həyata keçirəcək.

 

Baş Qərargah bütün quru və hava qoşun birliklərinə hazırlıq əmri də verib. “CNN Türk”ün məlumatına görə, bütün qoşun növlərində hazırlıq ən yüksək səviyyəyə çatdırılıb.

 

Qeyd edək ki, Rusiya rəhbərliyi “Su-24” hərbi təyyarəsinin vurulmasından sonra Suriyadakı hərbi bazasına “S-400” zenit-raket kompleksi göndərməyi qərara alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar