Türkiyənin baş nazirinin avtomobil korteji qəzaya düşdü
10 oktyabr 2014 19:12 (UTC +04:00)

Türkiyənin baş nazirinin avtomobil korteji qəzaya düşdü

0

Türkiyənin baş naziri Əhməd Davudoğlunun avtomobil korteji qəzaya uğrayıb. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, Malatyada səfərdə olan baş nazirin avtomobil kortejinin qəzaya uğraması nəticəsində hakim Ədalət və İnkişaf Partiyası sədrinin müşaviri Hüseyn Çelik daxil olmaqla, 2 nəfər yaralanıb.

 

İlkin ehtimala görə, Malatya - Əlazığ magistral yolunun Turqut Təməlli hissəsindəki tuneldə H.Çelikin içərisində olduğu 44 PR 247 nömrəli və 44 A 4577 nömrəli avtomobillər nömrəsi məlum olmayan avtomobillə toqquşub.

 

H.Çelik Turqut Özal Tibb Mərkəzinə yerləşdirilib. Digər yaralı yüngül xəsarət alıb. Verilən açıqlamaya görə, H.Çelikin vəziyyətinin yaxşı olduğu deyilir.

 

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1737

Oxşar yazılar