Qara dəniz sahillərinə yaxın uçan Rusiyanın kəşfiyyat təyyarəsinin qarşısını almaq üçün Türkiyənin «F-16» qırıcıları havaya qaldırılıb.
Lent.az-ın Türkiyə «NTV»-sinə istinadən məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından yayılan xəbərə əsasən, Rusiya Federasiyasına aid «İl-20» kəşfiyyat təyyarəsi Qara dənizin hava məkanında Türkiyə sərhədlərinə paralel uçuş edərkən, ölkənin Hava Qüvvələri komandanlığı 8 «F-16» qırcısı ilə onun uçuşu davam etdirməsinin qarşısını alıb.