Türkiyənin 7-ci prezidenti ömürlük azadlıqdan məhrum edildi
18 iyun 2014 17:26 (UTC +04:00)

Türkiyənin 7-ci prezidenti ömürlük azadlıqdan məhrum edildi

0

Türkiyənin yeddinci prezidenti Kənan Evrən ömürlük azadlıqdan məhrum edilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 12 sentyabr 1980-ci il hərbi çevrilişini həyata keçirən, o vaxt Türkiyə Silahlı Qüvvələrinə rəhbərlik etmiş Kənan Evren və Hava Hücumundan Müdafiə Qoşunları komandanı general Əli Tahsin Şahinkaya haqda məhkəmə bu gün qərar çıxarıb.

 

K.Evren və T.Şahinkaya “Dövlət əleyhinə cinayət” maddəsi ilə ittiham olunaraq haqlarında ağırlaşdırılmış ömürlük azadlıqdan məhrumetmə qərarı çıxarılıb. Lakin daha sonra Ankara 10-cu Ağır Cinayət Məhkəməsinin hakim heyəti qərarı ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləyib.

 

Ankara Gülhanə Hərbi Tibb Hospitalında olan K.Evrən və İstanbul Gülhane Hərbi Tibb Hospitalında müalicə olunan T.Şahinkaya məhkəməyə telefon və video vasitəsiylə qoşulub.

 

Eyni zamanda K.Evren və T.Şahinkayanın rütbələri də əllərindən alınacaq.

 

1980-ci il 12 sentyabr çevrilişi Türkiyə Silahlı Qüvvələrinin 27 may 1960 və 12 mart 1971-ci illərdəki çevrilişindən sonra Türkiyə tarixində sayca 3-cü hərbi çevrilişdir.

 

Bu çevrilişlə baş nazir Süleyman Dəmirəl istefaya göndərilib, Türkiyə Böyük Millət Məclisi ləğv edilib.

 

O cümlədən, siyasi partiyalar da ləğv edilib, siyasi partiya liderləri nəzarət alına alınaraq mühakimə olunub.

 

2010-ci il konstitusiyaya dəyişikliklə bağlı keçirilmiş referendumdan sonra  13 sentyabr 2010-cu ildə 12 sentyabr hərbi çevrilişini təşkil edənlər haqqında cinayət işi açılmışdı.

 

K.Evrenin 97 yaşı var. O, 1982-ci ildən 1989-cu ilə kimi Türkiyə prezidenti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2412

Oxşar yazılar