“Kobaninin yerində Azərbaycan olsaydı və Azərbaycan türkləri sərhədə yığışsaydı, görəsən Türkiyə hökuməti onlara qarşı da zor tətbiq edərdi? İnsanlar İŞİD qətliamı ilə üz-üzə qaldıqları üçün Kobanini tərk edir. Hökumət isə bunu başa düşmür”. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, bu sözləri Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş Suriya-Türkiyə sərhədində baş verən son hadisələrə münasibət bildirərkən deyib.
HDP sədri S.Dəmirtaş Kobaniyə dəstək məqsədilə keçirilmiş aksiyalar zamanı Türkiyə bayrağı və Atatürkün heykəlinin yandırılmasını da qınayıb: “Bayrağı və Atatürkün heykəlini yandıranları qınayıram. Baş verənlər provakasiyadır”.