Türkiyədən Liviyaya xeyli silah aparan gəmi saxlanıldı
02 sentyabr 2015 04:23 (UTC +04:00)

Türkiyədən Liviyaya xeyli silah aparan gəmi saxlanıldı

0

 Yunanıstan sahillərində Türkiyədən Liviyaya yollanan silah-sursatla dolu gəmi saxlanılıb.  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Daily Star” məlumat yayıb.  

 

Məlumata görə, hüquq-mühafizə qurumlardakı mənbənin məlumatına əsasən, gəmi Türkiyədən yola düşüb. Qadağan olunmuş yükün Boliviya bayrağı altında üzən “Həddad-1” gəmisinin yük bölməsində aşkarlandığı qeyd olunur.

 

Məlumata görə, gəminin göyərtəsində Suriya və Misir vətəndaşları olub.

 

Gəminin Krit adasının cənub sahillərində saxlanıldığı bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar