Türkiyədən Krımla bağlı sərt bəyanat
19 may 2015 04:26 (UTC +04:00)

Türkiyədən Krımla bağlı sərt bəyanat

“Krımın qeyri-qanuni ilhaqını tanımırıq və tanımayacağıq”.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Krım Tatarlarının sürgününün 71-ci il dönümü çərçivəsində Kiyevdə təşkil edilən anım mərasimində bəyan edib.

 

Krım Tatarlarının 1989-ci ildən etibarən ana vətənlərinə dönməyə başladığını qeyd edən D.Çavuşoğlu, onların bu müddətdə göstərdikləri cəsarət və qətiyyətini bütün dünya xalqlarına nümunə olduğunu bildirib.

 

Ukraynanın ərazi bütövlüyünün pozulduğunu, Krımın qeyri-qanuni  şəkildə ilhaq edildiyini vurğulayan Çavuşoğlu deyib: "Krım Tatarları yeni çətinliklərlə qarşı-qarşıya qalıb. Krım Tatarlarının məqsədi insan qüruruna yaraşan bir şəkildə yaşamaq və millət kimi var olmaqdır. Kırımın qeyri-qanuni ilhaqını tanımırıq və tanımayacağıq. Krım tatarı soydaşlarımıza dəstəyimizi davam etdirəcəyik. Ukrayna ilə birlikdə haqlı mübarizədə yanlarında olmağa davam edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar